Təhsil sistemi “qadınlaşıb”: Kişilər imtahandan keçə bilmir
Azərbaycanda kişi müəllimlərin sayı azalıb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Standartlaşdırma İnstitutu və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) birgə təşkilatçılığı ilə keçirilən “Standartlaşdırmada gender bərabərliyi” adlı tədbirdə deyib. Onun sözlərinə görə, ümumilikdə təhsil sektorunda gender bərabərliyi pozulub:
"Təhsildə gender bərabərsizliyi var. Kişi müəllimlərin sayı azalıb, kişi müəllimlərin sayının artırılmasına ehtiyac var. Bu balans pozulub. Biz dörd ildir gender bərabərliyi ilə bağlı qanunun icrası üçün məlumatlar toplayırıq".
2024-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi, orta ixtisas təhsil müəssisələrində 79,4 faizi, ali təhsil müəssisələrində 58,7 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 62,5 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.
Maraqlıdır, kişi müəllimlər məktəbdən sırf maaş amilinə görə uzaqlaşıb, ya başqa səbəblər var?
"Cebhe.info"-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda müəllimlik qadın sənəti kimi qəbul edilir:
"Məktəblərdəki müəllimlərin 80 faizini qadınlar, 20 faizini isə kişilər təşkil edir. Kişilərin də orta yaşı 50-nin üzərindədir. 90-cı illərin Qarabağ müharibəsindən sonra ölkədəki iqtisadi böhran, müəllim peşəsindəki az əmək haqqı onların başqa sahələrdə çalışmasına gətirib çıxartdı. Ümumiyyətlə, Azərbaycanda müəllimlik qadın sənəti kimi qəbul edilir.
Amma dünyada qəbul edilmiş normalar var. O ölkələrdə vəziyyət ürəkaçandır, çünki orada faiz 55-45-dir. Bizdə isə bu, təhlükəli hal alıb".
Onun sözlərinə görə, bu amil cəmiyyətə mənfi təsirini göstərir:
"Bir az pis çıxsa da, Azərbaycan təhsil sistemi qadınlaşıb. Bağçada qadın təlimçilər, məktəbdə qadın müəllim, universitetdə qadın müəllim. Bu da şəxslərin şəxsiyyət kimi formalaşmasına öz mənfi təsirini göstərir. Biz orta ümum təhsil məktəblərində şəxsiyyət yetişdirməkliyik, amma etiraf edək ki, qadın müəllimlərin çoxluğu bu istiqamətdə mənfi təsir göstərir".
Ekspert bildirib ki, müəllimlik kifayət qədər nüfuzly peşəyə çevirilib:
"Bu gün 960 müəllim var ki, əmək haqqı 2 min manatdan artıqdır. Bu gün məktəb direktorları var ki, şagird sayı 2 mindən çox olarsa, 3 mindən çox əmək haqqı alır. Yəni təhsil sistemində əmək haqqı kifayət qədər yüksəkdir. Amma kişi müəllimlər MİQ imtahanında uğur qazana bilmir. Statistik məlumatlar göstərir ki, müəllimlərin işə qəbul imtahanında qadınların göstəriciləri daha çoxdur. Hesab edirəm ki, müəllimlik ixtisaslarına da strateji ixtisaslarda üstünlük kişi müəllimlərinə verilməlidir. Ən azı faizi 50-yə qaldırana qədər. Çünki bu amil genefonda mənfi təsir edir".
350 dəfə oxundu