Böyük böhran qapıda - XƏBƏRDARLIQ
“Son həftələr bitkoin və qızıl qiymətləri tarixi maksimumlardadır, ciddi bir ajiotaj var, bu gedişatın 4 səbəbi ola bilər”.
“Cebhe.info” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspertin sözlərinə görə, bu səbəblərdən birincisi odur ki, dünyada çox böyük iqtisadi böhran gəlir, yatırımçılar qızıla və koinlərə yönələrək vəsaitlərini qorumağa çalışırlar:
“İkincisi, pandemiyanın cinayətkarcasına idarə edilməsi zamanı dünya iqtisadiyyatına 18 trilyon dollar pul səpildi, hər yerdə inflyasiya artdı, sadə insanlar kasıblaşdı, amma varlılar daha da varlandı – indi həmin vəsaitin bir hissəsi “sterilizasiya” olunmalı, yəni “buxarlanmalıdır”.
Bunun ən asan yollarından biri koinlərdə vəsaitin “yandırılmasıdır”, çox güman, indi həmin əməliyyata şahidlik edirik. Üçüncüsü, FED və digər Mərkəzi Banklar bu il faiz endirimlərinə gedəcəklər, investorlar düşünür ki, bazarda yenə ucuz pullar artacaq, bu isə yatırım alətlərinin qiymətini yüksəldəcək – buna görə də, öncədən bu alətlərə yönələrək sonradan qazanmaq istəyirlər.
Beşinci səbəb odur ki, bitkonin “mining” (istehsal deyək) sayı məhduddur, indi sona gəlinir, say bitməyə doğru gedir, yeri gəlmişkən, bitkoinin yeganə məntiqi “aktivi” sayının məhdud olması məsələsidir. Amma düşünürəm ki, bu yatırımçılar üçün tələdir, çünki, artıq proses başlayıb, 1 bitkoini, obrazlı desək, min yerə böyüb də satmaq olar, indi də eyni proses olacaq, birjalarda bitkoini “stock split” edib kiçik hissələrlə satacaqlar”.
Ekspert qeyd edir ki, bitkoin tam spekulyativ və təklükəli aktivdir, bəli, kimsə böyük pullar qazanıb, qazanacaq:
“Amma unutmayın ki, kiçik qrup qazananda, həmişə böyük qrup insanlar uduzur, yəni uduzanlar olmasa, qazananlar da olmur. Yəni bundan öncə də bitkoin 70 minə yaxınlaşmışdı, sonra 2022-ci ildə 16 minə qədər dəyəri düşdü, dünya üzrə kiçik yatırımcılar 1 trilyon dollar pul itirdilər”.
Qızılın bahalaşmasına gəldikdə isə ekspertin sözlərinə görə, qızıl ciddi məsələdir:
“Tarixən qızıl iqtisadi təlatümlərdən öncə və ya, böhranlar zamanı “güvənli liman” rolunu oynayır. İndi qızılın qiymətinin kəskin artması böyük böhranın qapıda olması deməkdir”.
313 dəfə oxundu