Ən çox nəyə pul xərclədiyimiz açıqlandı

Ən çox nəyə pul xərclədiyimiz açıqlandı
Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfəri orta hesabla ayda 420 manat xərcləyib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xərclənən vəsaitinin 55,2%-i və ya 232 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 188 manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,1%-i ərzaq məhsullarının, 5,1%-i içkilər və tütün məmulatlarının, 15,3%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,3%-i avtomobil benzini və dizel yanacağının, 4,7%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə əhalinin bir nəfəri orta hesabla ayda 405,5 manat xərcləyib və bunun 228 manatına ərzaq məhsulları, içkilər və tütün məmulatları, 177,5 manatını isə qeyri-ərzaq malları alınıb. Nəticədə son bir ildə əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsait 3,6% artıb. Ərzaq məhsullarına xərclənən vəsait 1,7%, qeyri-ərzaq məhsullarına xərclənən vəsait isə 5,9% artıb.
Onu da bildirək ki, əhalinin pərakəndə ticarət şəbəkələrində ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərclədiyi vəsaitin artım tempi son 6 ildə ən aşağı səviyyəyə düşüb.

Ən çox nəyə pul xərclədiyimiz açıqlandı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
203 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...