Millət vəkilinin "o qədər pulu" olduğunu nazirlik təsdiqlədi

Millət vəkilinin "o qədər pulu" olduğunu nazirlik təsdiqlədi


Odlar Yurdu Universitetində törədilən cinayətlə bağlı Criminal.az saytının iki həftə əvvəl yaydığı məlumatı Daxili İşlər Nazirliyi bu gün təsdiqlədi. Həmin universitetin rektoru, millət vəkili Əhməd Vəliyevin otağından çəkisi 150 kiloqram, içərisində isə 700 min manat pul olan seyfin aparılması barədə yanvarın 10-da oxuculara məlumat vermişdik. Həmin vaxt nə polis, nə də rektor cinayət faktını təsdiqlədi.

Hətta Ə.Vəliyev Criminal.az-a açıqlamasında "o qədər pulum olsa gedib istirahət edərdim" deməklə belə bir cinayətin olmamasına inandırmağa çalışmışdı.

Bu gün isə Daxili İşlər Nazirliyindən Criminal.az-a verilən məlumtada deyilir ki, yanvarın 9-da Odlar Yurdu Universitetindəki xidməti otaqlardan birindən içərisində 83375 manat və 219900 ABŞ dolları olan seyfi oğurlanıb.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Ələkbərov tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
382 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...