Bulvarda gəmi gəzintisinə niyə icazə verilmir? - Açıqlama

Bulvarda gəmi gəzintisinə niyə icazə verilmir? -
“Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir”.

Gundeminfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, gəzinti gəmiləri dənizdə suyun səviyyəsinin enməsi ilə əlaqədar 2022-ci ilin oktyabrından fəaliyyətini dayandırıb: “Gəmilər texniki baxışdan keçirilib, heç bir texniki nasazlıq yoxdur. Sadəcə olaraq sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
153 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...