Prezident I qrup əlillərin də pensiyasını artırdı - daha bir sərəncam

Prezident I qrup əlillərin də pensiyasını artırdı -


Azərbaycanda I qrup əlillər üçün prezident təqaüdü artırılıb.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” prezidentin 2014-cü il 17 mart tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 10 faiz artırılaraq, 2016-cı il fevralın 1-dən 66 manat müəyyən edilib.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
336 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...