Paşinyan suyu masaya dağıtdı - VİDEO

Paşinyan suyu masaya dağıtdı -
Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabından paylaşdığı video-müraciət zamanı öz fikirlərini qeyri-adi üsulla izah etməyə çalışıb.
Yeniavaz.com xəbər verir ki, Paşinyan ölkə ərazisinin tanınımış sərhədlər çərçivəsində olmasının ölkənin inkişafı üçün daha faydalı olduğunu fincana su tökərək izah edib: “Qəribə görünə bilər, amma mən hüquq və vəzifələrimizlə bağlı bir şey göstərmək istəyirəm. Təsəvvür edin, bunlar bizim hüquq və vəzifələrimizdir. Bu suyu stəkana tökürəm, təsəvvür edin, bunlar bizim hüquq və vəzifələrimizdir. Burada doldurulduqda, onlar tətbiq edilə bilər, həyata keçirilə bilər, həyati ehtiyaclarımızı təmin etmək üçün istifadə edilə bilər”.
Daha sonra Baş nazir Nikol Paşinyan suyu qarşısndakı masanın üzərinə tökərək deyib: “Ancaq başqa bir misal da təsəvvür edək ki, hüquq və vəzifələr konkret sahə ilə məhdudlaşmır. Nə olacaq? Bu, o vəzifələr və hüquqlar bulanıqlaşır, onlar qeyri-maddi olurlar”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...