50 minlik rus ordusu sərhəddə: Bu tarixdə hücum olacaq

50 minlik rus ordusu sərhəddə:
Ruslar Xarkov vilayətinə hücuma hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın 92-ci Mexanikləşdirilmiş Piyada Briqadasının komandiri İvan Sirko Pavel Fedosenko “Ekonomist”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya mayın ortalarında Xarkov vilayətinə hücum edəcək. İndi 50 minlik rus ordusu sərhəd yaxınlığında cəmləşib:

"Ssenarilərdən biri Kiyevə gedən əsas yolu kəsərək şəhəri təcrid etməkdir. Digər variant isə təxminən 10 km yaxınlaşmaq, şəhərin şərq kənarını artilleriya məsafəsi daxilində qoymaq və Ukraynanın pilotsuz təyyarələrinin hücumlarına məruz qalan Rusiyanın Belqorod şəhərini qorumaq üçün bufer zonası yaratmaqdır".

O, həmçinin qeyd edib ki, rusların Donetsk vilayətinin bütün ərazisini işğal etmə ehtimalı 70% təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
165 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...