“Xameneinin oğlu atasının yerinə əsas namizəd olacaq” – KİV

 “Xameneinin oğlu atasının yerinə əsas namizəd olacaq” –
İranın rəhbəri və ali dini lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra atasının yerinə əsas namizəd olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşr qeyd edib ki, son bir neçə ildə Rəisi İranın ali dini lideri kimi Xameneidən sonra bu posta potensial namizəd hesab olunurdu.
“Onun ölümü bir çox iranlının və İrandakı vəziyyəti müşahidə edənlərin inamını gücləndirir ki, Xameneinin oğlu Müctəba atasının yerinə namizədlər arasında lider olacaq”, - məlumatda bildirilib.
Vaşinqtonda yerləşən Demokratiyaları Müdafiə Fondunun baş elmi işçisi Behnam Ben Taleblunun fikrincə, mərhum prezident Xameneinin dövlətin başında görmək istədiyi adam idi.
“Ancaq Rəisinin ölümü İranın ali rəhbəri postuna namizədlərin dairəsini daraldır və potensial namizədlərdən biri Xameneinin oğludur”, - o, qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
330 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...