DYP-dən “Lifan” açıqlaması: "Gələcəkdə ala bilərik..."
Prezident İlham Əliyev ötən gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara NAZ “Lifan” avtomobilini sürməyi tövsiyə edib.
Bir çox ekspertlər prezidentin təklifini müsbət qiymətləndirərək məmurların xidməti maşınlarının “Lifan”la əvəzlənməsini təklif edirlər. Ekspert Ərşad Hüseynovun fikrincə, Dövlət Yol Polisinin xidməti avtomobilləri də NAZ “Lifan”la əvəzlənlənməlidir. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ekspertin təklifinə münasibət bildirib.
DYP rəsmisi AzVision.az-a açıqlamasında hazırda bu məsələnin gündəmdə olmadığını deyib: “Hazırda istifadədə olan avtomobillərimiz təzədir. Bu maşınlar bizə may ayında verilib. Ümumiyyətl,ə ölkə başçısının tövsiyəsinin Dövlət Yol Polisi ilə əlaqəsi yoxdur. Amma, gələcəkdə hər hansı yeni texnika alınarsa, bu məsələyə baxıla bilər”.
316 dəfə oxundu