6 dəfə deputat olmuş Fəzail Ağamalı yenə deputat olmaq istəyir?

6 dəfə deputat olmuş Fəzail Ağamalı yenə deputat olmaq istəyir?
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı nəzərdə tutulan parlament seçkilərində yenidən namizədliyini irəli sürəcək.

Gundeminfo.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sədrin özü məlumat verib. O, namizədliyini hazırda deputat olduğu dairədən irəli sürəcvəyini bildirib:

"Hələ ki, müzakirələr gedir. Güman edirəm ki, yenə həmin dairədən namizədliyimi irəli sürəcəyəm".

Fəzail Ağamalı partiya üzvlərinin də seçkidə iştirakının vacibliyini vurğulayıb:

"Namizədlərimiz müəyyənləşib. Dairələrin əksəriyyətindən namizədlərimiz olacaq".

Qeyd edək ki, Fəzail Ağamalı 1995-ci ildən deputatdır. O, 1995-ci ildə 39 saylı Sumqayıt ikinci, 2000-ci ildə 30 saylı Yevlax, 2005, 2010, 2015 və2020-ci il seçkilərində isə 60 saylı Salyan-Neftçala seçki dairəsindən mandat qazanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
217 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...