4 saylı dpğum evindən daha bir şikayət
Ötən günlərdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb olunduğu iddia edilmişdi. "19.06.2024-cü il tarixində Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30 radələrində pasiyentin qız övladı dünyaya gətirtmiş və daha sonra həkim qazidən pul tələb etmişdi. Həmin görüntülər sosial şəbəkədə gündəm olmuşdu. Sevinc Məmmədova ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Sonxeber.az xəbər verir ki, Əliyeva Ülkər Vüqanə qızı Sevinc Məmmədova ilə bağlı şikayətini bizimlə bölüşüb:
"Mən keçən ilin iyun ayında ağır ağrı ilə 4 saylı doğum evinə yaxınlaşdım. Sevinc Məmmədova adlı həkim məni qəbul etdi. Həkim mənə ultrasəs müayinəsində baxaraq təcili əməliyyat olunmağımı dedi. Məndən 600 manat pul tələb etdi, yalnız bundan sonra əməliyyat edəcəyini bildirdi. Mənim imkanım isə bu məbləğə çatmırdı.
Dedik ki, "imkanımız yoxdu, siz əməliyyatı edin, daha sonra ödənişi edərik". Amma narazılıq etdilər. Xəstəxanaya yoldaşımla getmişdik. Biz də yoldaşımla xəstəxananı tərk etdik. Ağrıya dözə bimədiyim üçün xəstəxanaya geri qayıtdıq. Sevinc Məmmədova bizi qəbul etdi. Dedi ki, "əməliyyata salıram, pulunu təcili sürətdə gətirin". Məni əməliyyata saldı. Valideynlərim həkimə 600 manat yox, 400 manat pul ödədi. Bu zaman həkim narazılıq etdi. Buna görə də bizimlə maraqlanmadı. Zəng edirdik, cavab vermirdi. Mənim və valideynlərimin nömrələrini bloka atmışdı. Sevinc Məmmədova adlı həkimlə heç bir əlaqə saxlaya bilmirdik.
Xəstəxanadan çıxanda mənə müalicə yazdı. Mən bu müalicəni evdə edirdim. Mənə müalicədə sistem yazmışdı. Mən bu sistemi edəndə, komaya düşdüm. Amma həkim yenə bizim zənglərimizi açmırdı. Açanda isə "mən sadəcə sağlam şəkildə əməliyyat etmişəm, bundan sonrası mənlik deyil"deyirdi. Tikişlərim açılmışdı, öhtəsinə götürmədi. Mən boru hamilələyi keçirmişdim. Bununla bağlı həkimdən sual soruşanda, mənə sərt cavablar verirdi. Heç bir həkim pasiyenti ilə elə danışmır.
Komaya düşəndən sonra, vəziyyətim pisləşdi. Yenidən Sevinc həkimin qəbuluna düşmək istədim. Amma o bizi qəbul etmədi. Sonradan bizim yanımıza gəlib, "səsini başına atdı"... Mən Sevinc Məmmədovaya onu şikayət edəcəyimi dedim. Sevinc Məmmədova bu zaman dedi ki, "kimə şikayət edirsən et. Mənim arxam o qədərdir ki, sizi yer üzündən silərik". Mənə və valideynimə təhqiredici sözlər işlətdi. Sonra isə bunları dedi: "Mən sizdən qorxmuram. Sizin arxanız birdisə, mənim arxam beşdir. Gedin nə istəyirsiniz edin".
Biz də çəkindik. Mən sosial şəbəkədə ötən gün qazimizin xəbərini oxuyanda, həkimin eyni qadın- Sevinc Məmmədova olduğunu gördüm. Xahiş edirəm şikayətimi işıqlandırasınız",
Qeyd edək ki, görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda TƏBİB tərəfindən araşdırılma aparılır.
254 dəfə oxundu