“AFB Bank”ın mənfəəti 9 dəfə azalıb

“AFB Bank”ın mənfəəti 9 dəfə azalıb
Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən banklar 2024-cü ilin ilk yarısı üçün maliyyə hesabatlarını açıqlayıblar.
Yeniavaz.com xəbər verir ki, maliyyə hesabatını açıqlayan banklar arasında mənfəəti ən çox azalan “AFB Bank” olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk yarısında “AFB Bank”ın xalis mənfəəti 8,7 dəfə azalaraq 5 milyon 495 min mantadan 634 min manata düşüb.
Onu da qeyd edək ki, “AFB Bank” bu ilin ilk rübünü 458 min manat zərərlə başa vurub.
Məlumat üçün bildirək ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb. Bankın əsas səhmdarı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdiyi “Gilan Holdinq” olub. Daha sonra bankın səhmlərinin 99,64 %-i Hikmət Əbuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31,11 %-lik səhmdarı) satılıb.
Bu ilin aprel ayında Hacıyev Toğrul Ülvi oğlu bankın 0,18%-lik payını Əkbər Abdullayevdən satın alıb. “AFB Bank”ın üçüncü səhmdarı isə 0,18%-lik pay ilə Cəmil Muradovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...