ÜST meymun çiçəyi ilə bağlı fövqəladə hal elan edib

ÜST meymun çiçəyi ilə bağlı fövqəladə hal elan edib
Afrika İttifaqının Tibb Xidməti meymun çiçəyi xəstəliyinin (mpox virusu) yayılması ilə əlaqədar qitədə səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (ACDC) baş direktoru Yan Kasenya bildirib.
“Bir neçə Afrika ölkəsində davam edən epidemiya ilə əlaqədar olaraq, qitədə ictimai sağlamlıq vəziyyətində fövqəladə vəziyyət elan etmək qərarı verildi”, - deyə Kasenya bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, meymun çiçəyi epidemiyası beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə halıdır:
“Bu gün (14 avqust – red.) ÜST-ün fövqəladə hallar komitəsi toplaşdı və üzvlər bunun fövqəladə hal kimi qəbul olunmasını tövsiyə etdi. Mən bu tövsiyəni qəbul etdim”, - Qebreyesus bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
123 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...