"Avis" Tibbi Marketlərinin direktoru həbs olundu

"Avis" Tibbi Marketlərinin direktoru həbs olundu


Bakıda geniş aptek şəbəkəsinə malik olan "Avis" Tibbi Marketlərinin direktoru Elmir Məhərov həbs olunub. “Report”un xəbərinə görə, “Avis” apteklərinin sahibi ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu gün Binəqədi Rayon Məhkəməsində Elmir Məhərov barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Xatırladaq ki, dünən musavat.com Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Avis apteklər şəbəkəsində xüsusi əməliyyatın keçirildiyi, həbslərin aparıldığı və hətta Avis-in baş direktorunun Azərbaycandan qaçdığı barədə məlumat yaymışdı. “Avis” Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ildən başlayıb. Ötən 18 il ərzində şirkət Bakıda 8 aptek açıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
266 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...