“Biz istərdik ki, pambığın alış qiymətinə yenidən baxılsın” -

“Biz istərdik ki, pambığın alış qiymətinə yenidən baxılsın” -


“Biz istərdik ki, pambığın alış qiymətinə yenidən baxılsın”.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda keçirilən əməkdaşlıq konfransında çıxışı zamanı bildirib. Nazir əlavə edib ki, Azərbaycanda pambıqçılıq yenidən inkişaf etdirilməlidir. Ş. Mustafayevin sözlərinə görə, keçən il güzəştli verilən kreditlərin 85%-i məhz kənd təsərrüfatı sahəsi ilə məşğul olan sahibkarlara verilib.

Konfransın yekununda Kənd Təsərrüfatı Nazirliyi ilə Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni nazir Heydər Əsədov və konfederasiyanın sədri Məmməd Musayev imzalayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
224 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...