Lerik zülmətə qərq olub - 20 kənddə elektriklər kəsilib

Lerik zülmətə qərq olub -


Bir neçə gündür ki, Lerik rayonunun 20 kəndində elektrik enerjisi kəsilib. Qaynar.info xəbər verir ki, bu barədə sakinlər sosial şəbəkələrdə məlumat yayıblar. Onların sözlərinə görə, rayonun Şingədulan, Züvüç və Osyodərə kənd ərazi icra nümayəndəliklərinə daxil olan 20-yə yaxın kənddə elektrik enerjisinin verilməsində problem yaranıb.


Bununla bağlı Lerik Rayon Elektrik Şəbəkəsinin müdiri Əlican Şahbazova müraciət edilsə də, o, müraciətlərə cavab verməyib.
"Azərışıq"dan isə Qaynar.info-ya bildirilib ki, məsələ ilə bağlı rayonla əlaqə saxlayıb açıqlama veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
314 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...