Azərbaycanda işsizlərin sayı açıqlandı

Azərbaycanda işsizlərin sayı açıqlandı
Bu ilin oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda 283,2 min nəfər işsiz şəxs olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 9 ay ərzində ölkədə işsizlərin sayı 3 min nəfər azalıb.
Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 304,9 min nəfər olub, onlardan 5 milyon 21,7 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.
Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.
Onu ad qeyd edək ki, bu ilin oktyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 216,4 min nəfər olub və onların 46,9%-ini qadınlar təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
340 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...