Rəsmi nikahım olmasa da, övladım halallıqla dünyaya gəlib - “Pişik Günel”

Rəsmi nikahım olmasa da, övladım halallıqla dünyaya gəlib -
Müğənni Günel Ələkbərova (Pişik Günel) şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.

Günel deyib ki, övladı rəsmi nikahsız dünayaya gəlib: "Rəsmi nikahım olmasa da, övladım halallıqla dünyaya gəlib. On iki ildir ki, qızımın atası ilə münasibətimiz var. Qızımın da artıq 10 yaşı var. Mənim üçün əsas odur ki, o, qızımın yanındadır. Əsas odur qızıma ata sevgisi göstərir. Mən hər zaman demişəm ki, atası qızımın yanında olduğu müddətdə başımın tacıdır.

Övladım halallıqla dünyaya gəlib. Qadın uşaq dünyaya gətirər də... Kişi deyiləm ki, uşaq dünyaya gətirim hamı təəccüblənsin. Rəsmi nikahı olanlar var ki, ərini evdı tapa bilmir. Təbii ki, mən də istəyərdim, hər bir qadının arzusudur ki, gəlin köçsün".(Bizim.Media)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...