Cəlal Əliyevin həqiqətən də vəfat edib - SON XƏBƏR

Cəlal Əliyevin həqiqətən də vəfat edib -


Ötən axşam akademik Cəlal Əliyevin vəfatı ilə bağlı xəbər yayıldı. Bundan dərhal sonra KİV-də ziddiyyətli məlumatlar yer aldı: bəzi saytlar akademikin vəfat etdiyini, bəziləri isə bu xəbərin doğru olmadığını yazdı. Rəsmi və hakimiyyətyönlü saytlar isə bu məsələyə ümumiyyətlə toxunmadı.

Cəlal Əliyevin vəfatı xəbərini ilk yayan Haqqın.az saytı faktı təsdiqləyən yeni xəbər də yayıb. Saytın əməkdaşı gecə saatlarında Badamdar qəsəbəsinə - Cəlal Əliyevin iqamətgahının qarşısına gedib. Məlumata görə, iqamətgahın qarşısında xeyli adam - mərhumun qohumları, həmkarları və dostları toplaşıbmı. Bundan başqa, gecə olmasına baxmayaraq, Cəlal Əliyevin evinə tanınmış məmurlar da gəliblər. Saat 04.00 radələrində evə cənazə maşını da gəlib və mərhum akademikin nəşi Heydər Əliyev məscidinə aparılıb.

Sayt yazır ki, Cəlal Əliyevin qızı da Bakıya gecə gəlib.

Akademik Cəlal Əliyev vəfat edib.

APA-nın məlumatına görə, akademik uzun sürən xəstəlikdən sonra fevralın 1-də saat 03.00 radələrində 88 yaşında dünyasını dəyişib.

C. Əliyev prezident İlham Əliyevin əmisidir

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləmişdir. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

Hazırda Azərbaycan MEA-nın Rəyasət Heyətinin üzvüdür.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

Azərbaycan Milli Məclisinin deputatı olub.

"İstiqlal" ordeni ilə təltif edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1195 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...