COP-29-dan sonra bu yataqxanalar söküləcək? – AÇIQLAMA
COP29-dan sonra bəzi köhnə 9 mərtəbələrin söküləcəyi ilə bağlı xəbərlər dolaşır. Məsələn Xətai rayonu Vunq Tau 15 ərazisində yerləşən bərbad vəziyyətdə binalar var. Hansı ki, yataqxana kimi istifadədədir. Binalar çökür, onların sökülmə ehtimalı varmı?? Sökülməsi nəzərdə tutulan binalar hansılardır?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak eksperti Elnur Azadov bildirib ki, hazırda COP29-la bağlı Fətəli Xan Xoyiski küçəsində Gənclikdən Nərimanov istiqamətində gələn yolun qırağında iki dənə beşmərtəbə yataqxana binası var ki, hansı ki, 30 ilə yaxındır ki, orada məcburi köçkünlər məskunlaşmışdır. Onların söküntüsü başlayıb. Yol qırağında olduğuna görə bu binaları sökürlər.
Ekspertin sözlərinə görə, başqa binaların COP29-dan sonra sökülməsi ilə bağlı əslində rəsmi açıqlama yoxdur. Yataqxana kimi istifadə edilən binaların ən kompakt yerləşdiyi ərazi 8-ci mikrarayonda, Ayna Sultanova yaxınlığındadır. Orada məskunlaşmış, şəhərin daxilində olan ən çox ərazi olaraq qrup şəklində orada yaşayır. Baxmayaraq ki, 30 ilə yaxındır orada yaşayırlar, həmin binaların istismar müddəti çoxdan bitmişdir. Ciddi aşınma nəticəsində orada bərbad vəziyyət yaranıbdır. Həmin binaların sökülməsi ilə bağlı qəzalı və qismən qəzalı olan siyahıya alınmışdır. Lakin bu kimi binaların sökülməsi ilə bağlı təəssüflər olsun ki, heç bir rəsmi açıqlama yoxdur.
“Ümumiyyətlə ölkədə olan yataqxanaların sayı bəlli olsa yaxşı olardı. Ən çox da Bakı, Sumqayıt, Gəncə şəhərində yüzlərlə bu kimi binalar qəzalı vəziyyətdədir. Ciddi bir zəlzələ olarsa, nöqsanlar aşkarlanarsa bədbəxt hadisələrdən heç kəs qorunmur. O binaların xarici görünüşündən bəlli olur ki, bərbad vəziyyətdədir.
O ki qaldı Vunq Tau küçəsinə… Buradakı qəzalı vəziyyətdə olan binaların söküntüsü ilə bağlı mənim fikrimcə heç bir rəsmi açıqlama yoxdur. Ümumiyyətlə iqtisadi baxımdan bu kimi 9 mərtəbəli binaların sökülməsi sərf etmir. Hardasa 4-5 mərtəbə olan binaları tikinti şirkətləri bəzi hallarda gəlib köçürürlər yaxud da gözləyirlər ki, nə vaxtsa onların hüquqları təmin olunacaq və ondan sonra tikinti şirkətləri binaları yenilənmə işi ilə bağlı müasir bina tikə bilərlər”.
51 dəfə oxundu