Tramp sosial şəbəkələri bağlayacaq?
Qlobal sosial media qurumlarının işi çətin olacaq. Güman ki, yeni Prezident Donald Tramp sosial medianın məsuliyyət çərçivəsini müəyyən edən həmin məşhur qanun layihəsini yenidən gündəmə gətirəcək.
Tribunainfo.az yazır ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün fikrincə, Trampın qalib gəlməsi bir neçə qlobal şirkət üçün vəziyyəti kəskin dəyişə bilər:
“ABŞ Konqresinin Facebook, Amazon, Google və Apple şirkətlərinin hər birisinin məcburən bir neçə ayrı-ayrı şirkətlərə parçalanması haqqında böyük rezonans doğuran tövsiyyələri reallaşacaq.
Yəni, məsələn, məcbur ediləcək ki, Facebook İnstagram və WhatsApp -i, Google isə , məsələn, YouTube satışa çıxarsın.
Qlobal sosial media qurumların( Facebook, Twitter və s. ) səlahiyyətləri məhdudlaşdırılacaq, məsuliyyət çərçivəsi daralacaq. Bununla bağlı müvafiq sənəd layihəsi uzun müddətdir ki, Trampın stolunun üstündədir
Bu sənədin hazırlanmasına səbəb olan, tez-tez Trampa “ilişən”, onun paylaşımlarını silən və məhdudlaşdıran Twitter və Facebook-un vəziyyəti də , güman ki , ürəkaçan olmayacaq”
96 dəfə oxundu