Bayden oğlunu əfv etdi

Bayden oğlunu əfv etdi
ABŞ Prezidenti Co Bayden oğlu Hunter Baydeni əfv edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Baydenin bəyanatında deyilir: “Bu gün oğlum Hunter üçün əfv imzaladım. Vəzifəyə gəldiyim gündən Ədliyyə Departamentinin qərar qəbul etməsinə mane olmayacağımı dedim, oğlumun ədalətsiz şəkildə mühakimə olunmasını müşahidə etdiyim halda da sözümü tutdum.Hunterə fərqli münasibət bəsləndiyi aydındır. Onun işlərinə ittihamlar yalnız Konqresdəki bir neçə siyasi rəqibimin mənə hücum etməyə və seçilməyimə qarşı çıxmağa başladıqlarından sonra ortaya çıxdı”.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden vergidən yayınma ilə bağlı ona qarşı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli bilinib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
104 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...