Bakıda onmilyardlıq layihə: bu binalar sökülür... - Video

Bakıda onmilyardlıq layihə:
Baş planda sadəcə Ağ Şəhərin bir hissəsi və Bakının mərkəzi hissələrində - harada ki, bunun üçün infrastruktur imkanları var - tramvay xətlərinin çəkilməsi nəzərdə tutulur. Dünən verilən açıqlamada isə şəhər mərkəzinin Xəzər, Abşeron istiqamətində tramvay xətləri ilə birləşdirilməsindən danışılır. Bu fonda binaların sökülməsi aktualdır.

Axar.az xəbər verir ki, bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Axar TV-yə müsahibəsində deyib.

Bütün hallarda tramvay xəttlərinin çəkilməsinə ehtiyac olduğunu deyən ekspert layihənin icrası üçün lazım olan məbləği açıqlayıb:

“Amma bu xətlərin çəkilməsi əlavə yük hesabına başa gəlməməlidir. Tutaq ki, 150 yaşayış binasını, hər binanı da 150 mənzildən hesablasaq, orta hesabla həmin mənzillərin köçürülməsi üçün kompensasiya məbləği təqribən 5-6 milyard manat həcmində olacaq. Bu binaların sökülməsi, orada infrastrukturun qurulmasını da nəzərə alsaq, planın reallaşması üçün tələb olunan maliyyə təqribən 10 milyard manatı keçir. Bu da maraq kəsb eləməyə bilər. Layihənin icrası dövlət ilə özəl şirkət arasında investisiya proqramları fonunda həyata keçirilərsə, çox yaxşı olar. Ancaq hesab edirəm ki, bu əməkdaşlıq çətin görünür".

Tramvay xətlərinin çəkilməsi hansı ərazilər üçün daha əlçatandır? Ağ Şəhərdə tramvay xətlərinin çəkilməsini hansı amil çətinləşdirir? Bakıda nəqliyyat problemləri necə aradan qaldırılmalıdır?

Ətraflı Axar TV-nin “Gündəm” proqramının növbəti buraxılışında:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
23 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...