Xankəndinin Baş planı hazırlanır
İşğaldan azad olunmuş Xocalı rayonunda infrastrukturun yenidən qurulması, ekoloji tarazlığın bərpası məqsədilə böyük yaşıllıq sahələri salınır
Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq Qarabağın işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı uğurla icra olunur. Ötən həftə respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanında yer alan ümumilikdə 28 ailə öz ata-baba yurdlarına qayıdıb.
Onların arasında Şuşa şəhərinə 2 ailə (8 nəfər) Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) yola salınıb.
Xatırladaq ki, bugünkü köçlər də nəzərə alınmaqla indiyə qədər Şuşa şəhərinə 371 ailə (1 396 nəfər), Xocalı şəhərinə 52 ailə (204 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə 68 ailə (373 nəfər) köçürülüb.
Ötən həftə Cəbrayıl şəhərinə də növbəti köç prosesi gerçəkləşib. Şəhər 32 ailə olmaqla, 153 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıb və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Köçürülən ailələrin, Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.
“Ömrümüzün ən gözəl günlərini Cəbrayılda yaşamışıq. İndi artıq nəvələrimlə qayıdıram Vətənə”. Bunu Oxu.Az-a açıqlamasında Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Yaqub Vəliyev deyib.
O bildirib ki, doğma torpağına qayıtdığı üçün çox sevinclidir: “Sevincimin həddi-hüdudu yoxdur. Hər dəfə Cəbrayılın adı çəkiləndə mənim gözüm dolur. Ən gözəl günlərimi orada yaşamışam. Yoldaşımla, ailəmlə çıxdığım doğma torpağıma nəvələrimlə qayıdıram. Sevincimi sözlə ifadə edə bilmirəm. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Əməkdar jurnalist Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı mütəmadi olaraq Qarabağda gedən bərpa-quruculuq işləri ilə əlaqədar öz feysbuq hesabında məlumat xarakterli statuslar paylaşır. O, “Xocalı yaşıllığa bürünür” başlıqlı statusunda bunları qeyd edib: “İşğaldan azad olunmuş Xocalı rayonunda infrastrukturun yenidən qurulması, ekoloji tarazlığın bərpası məqsədilə böyük yaşıllıq sahələri salınır. Xocalı şəhərində geniş tikinti bərpa quruculuq işləri ilə bərabər yaşıllıq sahələrinin də yenidən qurulmasına xüsusi diqqət yetirilir.
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən ərazinin relyefinə və ekoloji mühitinə uyğun olaraq eldar şamı, şərq çinarı, leylandii, italyan şamı, ağcaqayın, söyüd, zeytun kimi ağac növləri, həmçinin müxtəlif dekorativ kollar və çiçəklər əkilir. Yerli və dekorativ ağac növləri yenidən qurulan şəhərə bir başqa gözəllik verir. Ağacların suvarılması və yaşıllıq sahələrinə qulluq xususi diqqətdə saxlanılır. Ərazidə yeni yaşıllıq sahələrinin artırılması bundan sonra da davam etdiriləcək. Qeyd edək, işğal dövründə digər yaşayış məntəqələri kimi Xocalı şəhərində yerləşən yaşıllıq sahələri də ermənilər tərəfindən məhv edilmişdi".
A.Telmanqızı Modern.az-a verdiyi müsahibədə Xankəndidən danışıb: “Quruculuq işləri gedir. Xankəndi şəhərində əhalinin istirahəti və şəhərin görkəminin yaxşılaşdırılması məqsədilə "Zəfər parkı"nın, “Zəfər muzeyi” və Mədəniyyət mərkəzinin yaradılması istiqamətində işlərə başlanılıb. Hazırda dünyada nüfuzlu şirkətlərdən biri olan “Chapman Taylor” tərəfindən Xankəndi şəhərinin Baş planının hazırlanması istiqamətində işlər də davam etdirilir".
54 dəfə oxundu