Aydan Rəhimli: “Sağ qalmağım bir möcüzədir”
“Dəhşətli təyyarə qəzası zamanı öz vəzifə borcumu yerinə yetirərək əlimdən gələni etməyə çalışdım. Mən peşəkar iş yoldaşlarının qəhrəmanlığı sayəsində həyatdayam. Sağ qalmağım bir möcüzədir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri AZAL-ın təyyarə qəzasında sağ qalan, “Rəşadət” ordeni alan ilk xanım Aydan Rəhimli “Konstitusiya və Suverenlik” ili çərçivəsində keçirilən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə çıxış edərkən səsləndirib.
"Bəzən həyat bizi gözlənilməz sınaqlarla üz-üzə qoyur. O anda biz içimizdəki gücü, iradəni hiss edirik. Amma birlikdə çalışdığın əməkdaşları itirmək çox ağırdır”, - A. Rəhimli deyib.
Daha sonra o, Azərbaycan qadınının gücündən danışıb:
“Azərbaycan qadını güclüdür, bundan əlavə, həm də zərifdir. Azərbaycan qadını lazım gələndə düşmənə qarşı savaşan bir qəhrəman, çətin anlarda yol göstərən ana və fədakarlıq nümunəsi olan bacıdır.
Mən istərdim ki, bu müsbət keyfiyyətlərimizi heç vaxt itirməyək, əksinə daha da möhkəmləndirək".
166 dəfə oxundu