Dünənki töhmətdən sonra Aparat rəhbəri işdən çıxarıldı

Dünənki töhmətdən sonra Aparat rəhbəri işdən çıxarıldı
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.

“Gundeminfo”nun Modern.az-a istinadən verdiyi məlumata görə, Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb.

Buna səbəb kimi Agentlikdə son baş verən hadisələr göstərilir. Belə ki, Prezident İlham Əliyev ötən gün Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edib.

Mətbuatda yayılan iddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib.

“Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar”, - iddialarda deyilir.

Qeyd edək ki, Kənan Qasımov 2009-2014-cü illərdə “Transparency International/Azerbaijan” təşkilatında müxtəlif vəzifələrdə çalışıb. O, 2015-ci ilin may-sentyabr aylarında BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən BMT Baş katibinin Gənclər üzrə səfirinin ofisində fəaliyyət göstərib.

2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

ABŞ Dövlət Departamentinin “Fulbright” və “Edmund S.Muskie” Təqaüd Proqramlarının, eləcə də “Arden J.Elsasser Memorial Award” mükafatının qalibidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
96 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...