İran Prezidenti Azərbaycana gələcək

İran Prezidenti Azərbaycana gələcək
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.
Yeniavaz.com “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında bildirib.
O, Azərbaycana qarşıdakı səfərində səmərəli və uğurlu danışıqlara ümid etdiyini bildirib.
“Ümidvaram ki, bu səfər zamanı iki qonşu xalq arasında münasibətlərin, dostluq və qardaşlığın inkişafı və möhkəmləndirilməsinə yönəlmiş səmərəli və uğurlu məsləhətləşmələr aparacağıq”, - deyə Pezeşkian Azərbaycana gözlənilən səfərinə toxunaraq deyib.
Qeyd edək ki, bu, Pezeşkianın İran Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
78 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...