İlon Mask son 3 ayda 170 milyard dollara yaxın zərər edib

İlon Mask son 3 ayda 170 milyard dollara yaxın zərər edib
Son bir gündə dünyanın ən varlı adamlarının siyahısında 1-ci sırada olan İlon Maskın ümumi sərvəti 13,9 milyard dollar azalıb.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, “Tesla” və “SpaceX”in qurucusu olan İlon Maskın ümumi sərvəti hazırda 316 milyard dollar təşkil edir.
Onu da bildirək ki, İlon Maskın sərvəti ötən ilin dekabr ayında 484 milyard dollar yüksələrək tarixi zirvəyə yüksəlib.
Qeyd edək ki, İlon Maskın ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindəki jestindən (nasist salamı) sonra başda Almaniya olmaqla bir çox ölkədə “Tesla”nın məhsulları boykot edilib. Nəticədə yanvar ayından etibarən Maskın sərvəti sürətlə azalmağa başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
80 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...