İlon Mask “kasıbladı”

İlon Mask “kasıbladı”
“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Maskın sərvəti 2024-cü ilin noyabrından bəri ilk dəfə 300 milyard dollardan aşağı düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik bildirir ki, bu, ABŞ Prezidenti Donald Trampın aprelin 2-də tətbiq etdiyi idxal rüsumları fonunda baş verib.

“Mask bazar ertəsi “Tesla”nın səhmləri ucuzlaşmağa davam etdikdən sonra 4,4 milyard dollar itirib və nəticədə onun ümumi sərvəti 297,8 milyard dollar olub”, - deyə nəşr yazır.

Ümumilikdə, amerikalı milyarder 2025-ci ilin əvvəlindən bəri 134,7 milyard dollar itirib.

Sərvətinin azalmasına baxmayaraq, “Bloomberg Billionaires Index”ə görə Mask hələ də dünyanın ən varlı adamları arasında birinci yerdədir.

Xatırladaq ki, Mask Trampdan qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal rüsumlarına yenidən baxmağı xahiş edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
194 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...