“Söndür-yandır, düzələcək” – KTV müştəriləri yola verir – ŞİKAYƏT

“Söndür-yandır, düzələcək” –
Son vaxtlar bir çox internet provayderlərində qiymət artımına baxmayaraq keyfiyyət aşağı düşüb.

Tribunainfo.az-a KTV-dən şikayətini ünvanlayan Xətai r. Vunq Tau qəsəbəsi 15-də yaşayan vətəndaş Gülbəs Həsənova bildirib ki, KTV artıq ağını çıxarıb.

Belə ki, ödənişi yenicə ödədiyinə baxmayaraq 2 gündür internetsiz qalan vətəndaş məcbur olub yuxarı mərtəbədəki qonşunun internetinə qoşulur. KTV-nin qaynar xəttinə dəfələrlə müraciət etsə də əməkdaşlar vətəndaşı yola verərək, “Söndür-yandır, düzələcək” deyiblər. Halbuki ödənişin vaxtı bir gün keçən kimi ödəniş tələb etdikləri halda, öz sorunlarını çözməyə ərinib baxış keçirməyə gəlmirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
102 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...