Altı şagirdi ildırım vurdu - Birinin ürəyi dayandı

Altı şagirdi ildırım vurdu -
Yaponiyada məktəbin uşaq meydançasını ildırım vurub.
Bakupost.az bu barədə TASS-a istinadən xəbər verir.
Hadisə Nara şəhərində, müxtəlif təhsil müəssisələrinin yerləşdiyi "Tetzukayama qakuen" təşkilatının ərazisində baş verib.
Agentliyin məlumatına görə, bu zaman uşaqlar meydançada futbol oynayırmış. İldırım vurduqdan sonra beş məktəblinin tibbi yardıma ehtiyacı olub, birinin isə ürəyi dayanıb. Onların hamısı xəstəxanaya çatdırılıb və tibbi yadım edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
219 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...