Hibrid avtomobillərə güzəştlərin ləğvi nəyi dəyişəcək? - VİDEO

Hibrid avtomobillərə güzəştlərin ləğvi nəyi dəyişəcək? -
"Bir neçə il əvvələ qədər ölkəyə əsasən daxili yanma mühərrikli avtomobillər gətirilirdi".


Gundeminfo.az İTV-yə istinadən xəbər verir ki, bunu artıq 12 ildir avtomobil satışı ilə məşğul olan Fərid Hüseynov bildirib.

Onun sözlərinə görə, son illərdə isə ekoloji cəhətdən təmiz avtomobillərə, xüsusilə də hibrid modellərə maraq xeyli artıb.

"Alıcılar indi daha çox hibrid mühərrikli avtomobillərlə maraqlanır. Bizim satışlarımız da artıq bu istiqamətə yönəlib. Son iki ildə ölkəyə yalnız hibrid və elektrik mühərrikli avtomobillər gətiririk", - deyə Fərid Hüseynov bildirib.

Onun sözlərinə görə, marağın artmasına əsas səbəb bu avtomobillərə tətbiq olunan vergi və gömrük güzəştləridir:

"Məsələn, bu gün 75 min avroya təklif olunan avtomobil gələn il güzəştlər ləğv edilsə, ƏDV-dən azad olmayacaqsa, 86-87 min manata qədər bahalaşa bilər. Bu isə alıcılığa təsir edəcək və marağı azalda bilər".

Hazırda hibrid avtomobillər əlavə dəyər vergisindən, elektrik mühərrikli avtomobillər isə həm əlavə dəyər, həm də aksiz vergisindən azaddır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...