Əsəd silahı yerə qoydu

Əsəd silahı yerə qoydu


Suriya ABŞ və Rusiya arasında hazırlanan atəşkəs rejimi planının şərtlərinə riayət etməyə razılıq verib.

AzVision.az `SANA` agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb. Rəsmi Dəməşq Suriya vətəndaşları və ya hərbçilərə qarşı hər hansı bir razılaşma şərti pozulduğu təqdirdə buna adekvat cavab verəcəyini bəyan edib.

Qeyd edək ki, Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıb. Atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minəcək. Hərbi fəaliyyət tamamilə dayandırılmayacaq. Atəşkəs haqqında saziş İŞİD və `Əl-Qaidə`nin Suriya filialı olan `Cebhat-ən-Nüsra` terror təşkilatlarına şamil olunmur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
255 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...