Daha bir neftçinin cəsədi tapıldı - Neftçala sahillərində

Daha bir neftçinin cəsədi tapıldı -


Xudaverdiyev Cavad Xudaverdi oğlu. Fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsədi tapılan şəxs SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğludur.

O, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir. Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...