Ruslar azərbaycanlı biznesmenin obyektini yerlə-yeksan etdilər FOTOLAR

Moskvada Puşkin meydanında yerləşən "Piramida" ticarət mərkəzi tamamilə sökülüb. ANS PRESS-in məlumatına görə, azərbaycanlı biznesmen Ramin Sultanlıya aid “Piramida” ticarət mərkəzinin söküntüsü başa çatıb. İndi pavilyonlar olan ərazinin asfaltlanması planlaşdırlır.
Söküntü işlərinə fevral ayının 21-dən başlanılmışdı. Paytaxt rəsmiləri burada olan obyekt sahiblərinə kompensasiya ödənilməsi məsələsinə baxa biləcəklərini demişdilər. Məlumata görə, Ramin Sultanlı özü bu obyektin söküntüsündə şəxsən iştirak edib.
Rusiyada qanunsuz tikililərin sökülməsi ilə bağlı qərar ötən ilin 8 dekabrında qəbul edilib. Bura 104 təhlükəli qanunsuz tikili daxildir. Artıq 97 obyektin söküntüsü başlayıb. Onların əksəriyyəti metrostansiyaların yaxınlığında yerləşir. Söküntünün mart ayına kimi bitməsi gözlənilir.
"Piramida" ticarət mərkəzinin bir hissəsi azərbaycanlı biznesmen Ramin Sultanlıya məxsus olub.
"1500 kv.m ərazisi olan "Piramida" ticarət mərkəzinin 1000 kv. metri Azərbaycan vətəndaşına məxsus olub"
Məlumata görə, 1500 kv.m ərazisi olan ticarət mərkəzinin 1000 kvadrat metri Azərbaycan vətəndaşına məxsus olub. Metronun "Puşkinskaya" stansiyası yaxınlığındakı adıçəkilən obyektlər qanunsuz tikili olduğu üçün sökülüb. “Piramida” ticarət mərkəzində çalışan ticarətçilər söküləcək binadan mallarını dərhal çıxarmağa başlayıblar.
Məsələni şərh edən Moskva meri Sergey Sobyanin bildirib ki, qanunsuz tikililərin sökülməsi Rusiyada irsin, tarixin və dürüstlüyün satılmamasının əyani göstəricisidir.

277 dəfə oxundu