Nardaranda idman bazasının yerində villa tikirlər - ŞİKAYƏT

Nardaranda idman bazasının yerində villa tikirlər -


Azərbaycanda unikal idman bazasının yerində villa tikilir. Qaynar.info xəbər verir ki, bu barədə “Hava və Ekstremal İdman Növləri Federasiyası”nın üzvü Teymur Maksudov ictiamiyyətə müraciətində bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində və onun ətrafında yerləşən yeganə təbii qayalıqlar Nardaran qəsəbəsi ərazisindədi. Məhz bu ərazidən idman həvəskarları baza kimi yararlanırmışlar. Amma kimlərsə tərəfindən həmin ərazi işğal olunub və orda fərdi yaşayış evinin inşasına başlanılıb. Qəribəsi odur ki, nə yerli bələdiyyənin əməkdaşları, nə də əraziyə nəzarət edən polis tikintinin sahibini tanımır.

İdman mətbuatından və ictimaiyyətdən kömək gözləyən Teymur bəy ərazidə çəkinlən fotoşəkli də sosial şəbəkə vasitəsiylə yayımlayıb. Özünüz də diqqətlə baxın. Bu cür nadir təbiəti məhv etmək hansı vicdana sığır? Ümid edirik ki, ölkə başçısının idmana göstərdiyi diqqət və qayğıdan xəbərdar olan məmurlar bu nadir idman bazasının qorunması üçün hərəkətə keçəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
268 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...