Cavid Qurbanovun müavini işdən çıxarıldı

Cavid Qurbanovun müavini işdən çıxarıldı


Etibar Niftəliyev Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib. Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Zaman Novruzov Azərbaycan Dəmir Yolları QSC sədrinin müavini təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Qurban Nəzirov Azərbaycan Dəmir Yolları QSC sədrinin müavini vəzifəsindən çıxarılmışdı. Dövlət başçısının digər sərəncamı ilə Hicran Valehov Azərbaycan Dəmir Yolları QSC sədrinin müavini təyin olunmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
244 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...