Banklarda dollar böhranı yaşanır...

Banklarda dollar böhranı yaşanır...


Azərbaycanda dörd bank dollar satışını dayandırdı. Unikal.org-un əməkdaşı bir sıra banklarda dollar satışı ilə bağlı monitorinq aparıb. "AkccesBank”-dan dollar satışı müəyyən səbəblərdən dayandırdırıldığı bildirilib: "Hələlik satış dayanıb. Bunun nə vaxta kimi davam edəcəyi məlum deyil”. "DəmirBank”-dan isə deyilib ki, yalnız şəxsiyyət vəsiqəsi ilə satış üçün qoyulan limit 100 dollardır. "Unibank” və "TuranBank”-da da dollar satışı dayandırılıb. Buraya üz tutan vətəndaşlar da əliboş geri qayıtmalı olurlar. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə dollar hərracı təşkil edilir. Amma maraqlıdır ki, dollar alan banklar vətəndaşlara niyə dollar satmaq istəmirlər?.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
251 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...