Laçının yeni icra başçısı kim olacaq?

Laçının yeni icra başçısı kim olacaq?


Malik Vəliyevin bununla əlaqədar Bakıya çağrıldığı deyilir

Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə Laçın rayonunun icra başçısı Akif Səlimov vəzifəsindən azad edildi. Həmin vaxtdan bəri onun yerinə heç bir təyinat olmayıb. Bu da bəzi söz-söhbətlərə səbəb olub.

JAM.AZ-a verilən məlumata görə, Akif Səlimovu Laçında əvəz edəcək kadrın adı artıq açıqlanıb. Belə ki, Laçının yeni icra başçısının hazırda həmin rayonun Təhsil Şöbəsinə rəhbərlik edən Malik Vəliyevin olacağı deyilir. Məlumatda iddia olunur ki, Vəliyev artıq Bakıdadır və Prezident Admnistrasiyasında görüşə çağırılıb.

Amma rayonda başqa bir söhbət yayılıb. JAM.AZ xəbər verir ki, Vəliyev bir neçə yerdə ağzından qaçırıb ki, icra başçısı olmaq istəyir və bu işə düzəlmək üçün əlində pulu da var.

Qeyd edək ki, Azərbaycanda icra başçısı olmaq üçün pul deyil, hakimiyyətə sədaqət lazımdır. Malik Vəliyev mümkündür ki, işlədiyi müddətdə hakimiyyət dairələrinə sədqətli olub. Lakin "pulumu verib işə düzələcəm" yanaşması hələ heç kimə vəzifə verməyib. Əksinə, yuxarı dairələr ağzı bütöv adamları qəbul edir ki, Malik Həsənov da onların sırasında olmayanlardan biri kimi diqqəti çəkir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...