Ərdoğanın yeni kürəkəni kimdir? - FOTOLAR
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğan Səlcuk Bayrakdar adlı gənclə ailə həyatı qurmağa hazırlaşır. Artıq ailələr arasında razılıq əldə olunub.
Ərdoğanın gələcək kürəkəni Səlcuk Bayradar "Baykar Makina" şirkətinin sahibi Özdemir Bayraktarın oğludur.
Massaçusetts Teknologiya İnstitutunda magistr təhsili alan 36 yaşlı Selçuk Bayraktar türk istehsalı olan pilotsuz hava qurğusu hazırlayan heyətin rəhbəridir.
Yaxın zamanda cütlüyün nişan mərasimi baş tutacaq.
Qeyd edək ki, Ərdoğanın qızı 1985-ci ildə anadan olub. 2010-cu ildə hakim Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr və dünya mətbuatında çıxan xəbərlərdən məsul şəxsi qismində çalışır.
Məlumat üçün bildirək ki, Səlcuk Bayrakdarın rəhbəri olduğu şirkət keçən ilin 17 dekabr tarixində Roketsan şirkətinin istehsal etdiyi raketi sınaqdan keçirib. Qurğudan atılan raket hədəfi yüz faiz məhv edib.
Türkiyə prezidentinin gələcək qudası Özdəmir Bayraktardır. O, 1984-cü ildə Bayrak Makinə adlanan şirkəti yaradıb.
Yerli sənayenin inkişafı məqsədi ilə yaradılan şirkət mator, borular, müxtəlif qurğuların istehsalı ilə məşğul olur. 2000-ci ildən şirkət pilotsuz uçan hava qurğularının (İHQ) istehsalına başlamaq istiqamətində addımlar atıb.
Ərdoğanın qudası Türkiyədə seçilən iş adamlarındandır.
263 dəfə oxundu