Putinin sevgilisinə daha bir vəzifə verildi

Putinin sevgilisinə daha bir vəzifə verildi


Rusiyanın Milli Media Qrup QSC “Sport-Ekspress”in səhmlərinin 25%-ni əldə edib.

Axar.az xəbər verir ki, bu barədə informasiya Milli Media Qrup Qapalı Səhmdar Cəmiyyətinin bəyanatında yer alıb. Hələlik, tərəflər arasında imzalanan müqavilənin şərtləri açıqlanmır. Rusiya KİV-nin məlumatına görə, “Sport-Ekspress”in Direktorlar Şurasının sədri vəzifəsini bundan sonra Rusiya Prezidenti Vladimir Putinin sevgilisi olduğu iddia edilən Alina Kabayeva yerinə yetirəcək.

Qeyd edək ki, Kabayeva həm də 2014-cü ildən Milli Media Qrup Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının rəhbəridir. Bu media-holdinq öz tərkibində “İzvestiya” qəzeti, Ren TV, “Layfnyus” televiziyalarını və digər KİV-ləri birləşdirir.

“Sport-Ekspress” 1991-ci ildə təsis edilib. Qurumun ən məşhur orqanı “Sport-Ekspress” qəzetidir. Qəzet dünyanın 32 şəhərində çap edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
333 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...