Ermənilər çobanlarımızı atəşə tutdular: Heyvanlar öldü - VİDEO

Ermənilər çobanlarımızı atəşə tutdular:


Məcburi köçkünün təsərrüfatına ziyan dəydi.

Ermənistan silahlı qüvvələri Tərtərdə mülki şəxsləri atəşə tutub.Düşmən işğal altındaki Talış kəndi istiqamətindən Tərtər rayonunun Çaylı kəndini atəşə tutub. Təmas xəttinin yaxınlığında heyvan otaran kənd sakinləri Alqayıt və Rəşad Şahvələdov qardaşları 10 dəqiqəyə yaxın atəş altında qalıb. Əsasən yüngül atıcı silahlardan istifadə edən düşmən Şuşa rayon məcburi köçkünü Qara Şahvələdova məxsus dörd baş xırda heyvanı vurublar. Heyvanlardan 2-si ölüb 2-si yara alıb.

Xoşbəxtlikdən Şahvələdov qardaşları xəsarət almayıb. Düşmən cavab atəşi ilə susdurulub. (Region TV)





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
291 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...