Kamran Həsənli barəsində daxil olmuş şikayət əsasında cinayət işi başlanıb - RƏSMİ

Kamran Həsənli barəsində daxil olmuş şikayət əsasında cinayət işi başlanıb -


Teleaparıcı Kamran Həsənli ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət daxil olub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, K. Həsənli barəsində daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğu tərəfindən fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq Rayon Polis İdarəsinin istintaq şöbəsində davam etdirilir. Qeyd edək ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
316 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...