Keçmiş rusiyalı nazirin ölümü ilə bağlı şok - Təffərrüat

Keçmiş rusiyalı nazirin ölümü ilə bağlı şok -


Rusiyanın keçmiş mətbuat naziri Mixail Lesinin bir neçə ay öncə Amerikada qaldığı mehmanxanadakı müəmmalı ölümü ilə bağlı yeni faktlar ortaya çıxmaqda davam edir. GUNDEMİNFO.AZ modern.az-a istinadən xəbər verir ki, tanınmış blogger və siyasətçi Aleksey Navalnı Lesinin ölümündən 40 gün sonra naməlum şəxsin onun pasportu ilə Amerika sərhədlərini tərk etdiyi yazıb.

“Mixail Lesinin ölümündən 40 gün sonra, 15 dekabrda eyni adlı şəxs Amerikanı tərk edib. Bu barədə Amerika Sərhəd Xidmətinin məlumat bazasında informasiya var”. Navalnı həmçinin Mixail Lesinin xarici pasportunun skanını da öz bloqunda yerləşdirib. Navalnın tapdığı faktlarla bağlı hələlik rəsmi açıqlama verilməyib. Xatırladaq ki, Mixail Lesin Vaşinqtonun “Dyupon Serkol” mehmanxanasında noybrın 5-də ölü tapılmışdı. İlkin versiya olaraq onun ürək tutmasından vəfat etdiyi bildirilsə də, sonradan keçmiş nazirin küt alətlə başından aldığı zərbədən öldüyü müəyyən olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
262 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...