Şənbə      15 mart 2025     05:12:26  

Mərkəzi Bank "Gəncəbank"ı məhkəməyə verdi

Mərkəzi Bank "Gəncəbank"ı məhkəməyə verdi


Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyası ləğv edilmiş “Gəncəbank” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

“Report”un məlumatına görə, AMB bankın müflis elan edilməsi, ləğvedici qismində “Azerbaijan İnternational Consulting Company” MMC-nin təyin edilməsi, ləğvediciyə ödəniləcək aylıq əmək haqqının 15 min manat məbləğində müəyyən edilməsi barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vəsatəti təmin etməyib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Qeyd edək ki, AMB-nin İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
218 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...