Dəhşətli məhkəmə hökmü yaxınlaşır: Azərbaycanlının BİR GÖZÜ KOR EDİLƏCƏK

Dəhşətli məhkəmə hökmü yaxınlaşır: Azərbaycanlının


Hazırda Təbriz həbsxanasında məhkum həyatı yaşayan azərbaycanlı Hüseyn Zareianı dəhşətli məhkəmə cəzasının icrası gözləyir. Onun gözü çıxarıla bilər.

Turkustan.info saytı güneyli insan haqları fəallarına istinadən xəbər verir ki, ötən illərdə iştirak etdiyi bir əlbəyaxa davada iştirak etdiyi üçün Təbriz Cəza Məhkəməsi 2-ci şöbəsinin 3 il həbs və ‘gözə göz qisas’ cəzasına məhkum etdiyi və hazırda Təbriz zindanında saxlanılan Hüseyn Zareianın həbs müddətinin bitdiyinə görə yaxın zamanda qisas cəzasının icra oluna biləcəyini gözlənilir.

Hüseyn Zareianı bir neçə il öncə qatıldığı davanın nəticəsində qarşı tərəfin (iddiaçının) gözü kor olmuşdu.
Məlumata əsasən, təbrizli məhkumun üç il həbs müddətini bitirdiyinə baxmayaraq hazırda Təbriz Mərkəzi Həbsxnasının 12-ci bölməsində saxlanılmaqda olduğuna görə qisas hökmünün yaxın günlərdə icraya qoyulması ehtimal edilir.

Qeyd edək ki, İranda “gözə göz qisas” hökmü ilk dəfə 2015-ci ilin mart ayında Kərəcin Rəcayi-şərh zindanında həyata keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...