Ankarada baş vermiş partlayışda 27 nəfər ölüb, 75 nəfər yaralanıb - FOTOLAR
Ankara Valiliyinin yaydığı ikinci açıqlamada bildirilib ki, bu gün Ankarada baş vermiş partlayış nəticəsində hadisə yerində 23 nəfər ölüb.
Daha 4 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə nəticəsində 75 nəfər yaralanıb.
***
Türkiyənin paytaxtı Ankarada baş vermiş partlayışda 25 nəfər ölüb, 75 nəfər yaralanıb. APA-nın xəbərinə görə, bu barədə Ankara Valiliyinin yaydığı rəsmi açıqlamada bildirilib.
***
Türkiyənin Doğan Xəbər Agentliyi hadisə yerində 5 meyit göründüyünü qeyd edib. APA-nın xəbərinə görə, hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
***
Ankaranın mərkəzi Kızılay meydanında baş vermiş partlayışın səbəbi hələlik məlum deyil. APA-nın Türkiyənin "Show TV" kanalına istinadən verdiyi xəbərə görə, təsdiqlənməmiş məlumatlarda partlayışın bomba yüklü maşın tərəfindən törədildiyi bildirilib. Digər mənbələrdə isə partlayışın canlı bomba tərəfindən törədildiyi iddia olunub. Partlayış Kızılay meydanın ətrafında təxminən 10-a qədər avtobus dayanacağının olduğu ərazidə baş verib. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşınının cəlb olunması çoxlu sayda yaralı olduğunu söyməyə əsas verir.
Hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Türkiyə Radio və Televizya Üst Qurumu hadisə ilə bağlı mediaya yayın qadağası tətbiq edib.
***
ürkiyənin paytaxtı Ankarada növbəti partlayış baş verib. APA-nın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, partlayış Ankaranın mərkəzi Kızılay meydanındakı avtobus dayanacağında baş verib. İlkin məlumata görə, hadisə yerində çoxlu sayda yaralı var.
Partlamanın nəticəsində 6-7 maşının və sərnişin avtobusu tamamilə yanıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri və onlarla təcili tibbi yardım maşınları cəlb edilib.
Qeyd edək ki, bu il fevralın 17-də Ankarada terror aktı baş verib. Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına olan bombalı hücum nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.
319 dəfə oxundu