Putin göstəriş verdi - rus ordusu Suriyadan çıxır

Putin göstəriş verdi -


Rusiya prezidenti Vladimir Putin Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Putin bu qərarı Suriyada qarşıya qoyulan vəzifələrin icra olunması ilə əlaqələndirib.

“Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan vəzifə, ümumilikdə, icra edilib və buna görə müdafiə nazirinə ordu birləşmələrinin əsas hissəsinin sabahdan etibarən Suriyadan çıxarılmasına başlamağı əmr etmişəm”, - deyə Putin Müdafiə Nazirliyi və XİN rəhbərləri ilə görüşündə bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
309 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...