Türk şirkəti uddu: Rusiya tenderi ləğv etdi
Rusiya beynəlxalq ticarət qaydalarını alt-üst edən bir qalmaqala imza atıb. Axar.az xəbər verir ki, Moskvanın Şeremetovo hava limanının direktoru Mixail Vasilenko 630 milyon dollarlıq terminal və tunelin inşasının tenderini Türkiyənin “Renessans” şirkətinin qazandığını açıqlamışdı.
Lakin təxminən 5 saat sonra hava limanının mətbuata verdiyi açıqlamasında tenderi “Energo-Story” şirkətinin qazandığı bildirilib. Vasilyenko əvvəl verdiyi açıqlamasında “B” terminalının restavrasiyası üçün 300 milyon, bütün terminalları birləşdirən tunelin tikintisi üçün də 330 milyona başa gələcəyini bildirmişdi.
“Ölkəmizin Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, biz türk firmasını seçdik. Bu şirkətin sahibi Türkiyə vətəndaşı olsa da, şirkətinin Rusiya ərazisində işləmək icazəsi, akkreditasiyası var. Tender qərarında qanunlara zidd heç nə yoxdur. Ötən ay tenderin son mərhələsində sona “Renessans”la “Limak” şirkətləri qalmışdı. Bu iki şirkət arasında etdiyimiz seçim başa çatdı. Tender “Renessans” şirkətinindir”, - Vasilyenko bildirmişdi.
265 dəfə oxundu